ABŞ-də F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Dünya xəbərləri Xəbər 18 Sentyabr 2026 01:12 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Miçiqan ştatının şimalında F-16 qırıcısı qəzaya uğrayıb. Bu barədə NBC telekanalının yerli bölməsi məlumat yayıb.

Onun məlumatına görə, hadisə yerli vaxtla saat 14:00 radələrində (Moskva vaxtı ilə 21:00) baş verib. Təyyarənin pilotu katapult edib, xəstəxanaya yerləşdirilib və vəziyyəti stabildir. Yerli sakinlərə evlərində qalmaq və pəncərələri açmamaq tapşırılıb.

Hadisənin səbəbləri barədə hələlik məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti