Bakı.Trend:
Fransa Prezidenti Emmanuel Makron hökumətə ölkə üzrə yanacaqdoldurma məntəqələrinin yanacaqla təchizatında kütləvi fasilələr fonunda benzin qiymətlərinə nəzarəti təmin etməyi tapşırıb.
Bu barədə “Le Figaro” məlumat yayıb.
Respublika hökumətinin rəsmi nümayəndəsi Mod Brejonun sözlərinə görə, hazırda Fransadakı yanacaqdoldurma məntəqələrinin (YDM) təxminən 10 faizində ən azı bir növ yanacağın təchizatında çatışmazlıq yaşanır.
Brejon əlavə edib ki, problemlər əsasən “TotalEnergies” yanacaqdoldurma məntəqələrində benzinlə bağlı müşahidə olunur. Şirkət benzin və dizel yanacağı üçün qiymət hədləri müəyyən edib ki, bu da tələbatın artmasına səbəb olub.
