Bakı. Trend:
ABŞ İranla müharibədə dönüş nöqtəsinə yaxınlaşıb və o, bununla bağlı mühüm qərarını tezliklə açıqlamaq niyyətindədir.
Bu barədə ABŞ prezidenti Donald Tramp "Axios" portalına müsahibəsində deyib.
ABŞ prezidenti bildirib ki, Birləşmiş Ştatlar “İranla müharibədə dönüş nöqtəsinə yaxınlaşır və münaqişəyə son qoymaq məqsədilə kütləvi zərbələrin bərpa edilib-edilməyəcəyinə qərar verilməlidir”.
“Qarşıda mühüm qərar verməliyəm. Onlara müdaxilə edib məhv etmək istəyirəm, yoxsa yox? Bu, mühüm qərardır. Mənim başıma hər şey gələ bilər”, – deyə Tramp bildirib.