ABŞ və Meksika ticarət sazişi bağlamağa yaxındır

Dünya xəbərləri Xəbər 17 Sentyabr 2026 05:07 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Meksikanın yaxın zamanda ticarət sazişi bağlaya biləcəyini bildirib.

“Biz Meksika ilə sazişə, möhtəşəm bir sazişə çox yaxınıq”, - deyə o, Şimali Karolina ştatının Qastoniya şəhərində çıxışı zamanı bildirib.

Daha əvvəl The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb ki, ABŞ və Meksika arasında ticarət danışıqlarının növbəti raundu sentyabrın 28-29-da Vaşinqtonda keçiriləcək. Gözlənilir ki, Vaşinqton Mexikodan ABŞ-a ixrac olunan süni intellekt avadanlıqlarına dair tələbləri dəyişdirməyi xahiş edəcək. Məqsəd Şimali Amerikadan kənarda, xüsusilə də Çində istehsal olunan komponentlərdən istifadənin məhdudlaşdırılmasıdır.

Həmçinin Donald Tramp İranın ABŞ-la razılaşma əldə etməyə çalışdığını, lakin hələlik buna hazır olmadığını bildirir.

“Bu müharibə çox tezliklə başa çatacaq”, - deyə ABŞ lideri Şimali Karolina ştatında çıxışı zamanı bildirib. “Onlar razılaşma əldə etmək istəyirlər. Zəng edərək [bildirirlər ki,] razılaşma əldə etmək istəyirlər. Onlar hələ hazır deyillər. Amma biz istədiyimiz vaxt razılaşma əldə edə bilərik”, - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti