Ukrayna milli bankı uçot dərəcəsini qaldırıb

Dünya xəbərləri Xəbər 17 Sentyabr 2026 19:09 (UTC +04:00)
Ukrayna milli bankı uçot dərəcəsini qaldırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ukrayna Milli Bankının (NBU) İdarə Heyəti gözləntilərə uyğun olaraq uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq illik 16%-ə çatdırıb.

Bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

Bank bu qərarın səbəbləri kimi davamlı fundamental qiymət təzyiqini, təklif şoklarının ikinci dərəcəli təsirlərini və ortamüddətli inflyasiya risklərinin artmasını göstərib.

“Bu qərar qrivna aktivlərinin cəlbediciliyini və valyuta bazarının dayanıqlığını dəstəkləyəcək. Bu isə inflyasiya gözləntilərinə nəzarəti saxlamağa və inflyasiyanı siyasət üfüqündə 5%-lik hədəf göstəriciyə doğru davamlı azalma trayektoriyasına qaytarmağa imkan verəcək”, - deyə Ukrayna maliyyə tənzimləyicisinin cümə axşamı yaydığı press-relizdə bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti