Bakı.Trend:
Almaniyada naməlum şəxslər Frankfurt-Mayndəki ticarət küçələrindən birində iki partlayıcı qurğunu işə salıblar.
Bu barədə "Bild" qəzeti polisə istinadən məlumat yayıb.
Polisə həyəcan siqnalı saat 04:20-də (Bakı vaxtı ilə 06:20) daxil olub. Partlayışlardan biri köşkün, digəri isə mağazanın yaxınlığında baş verib. Zərərçəkənlər barədə məlumat verilmir.
Bu həftənin əvvəlində Frankfurt-Mayndə 24 saat ərzində üç partlayış baş verib. Şübhəli şəxs – Niderland vətəndaşı olan 15 yaşlı yeniyetmə saxlanılıb.
Hüquq-mühafizə orqanları partlayışların mütəşəkkil cinayətkarlıqla əlaqəli olduğunu düşünür.
