Şimali Koreya ABŞ-ni nüvə silahı ilə təhdid edib

Dünya xəbərləri Xəbər 16 Sentyabr 2026 15:51 (UTC +04:00)
Şimali Koreya ABŞ-ni nüvə silahı ilə təhdid edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikası ABŞ və Cənubi Koreya tərəfindən təhdidlərə məruz qalacağı təqdirdə nüvə silahından istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyinin (KCNA) yaydığı Şimali Koreya Müdafiə Nazirliyinin nümayəndəsinin bəyanatında qeyd edilib.

Bildirilib ki, ölkəyə qarşı kütləvi qırğın silahlarından istifadə etməklə həyata keçirilən hərəkətlər nüvə qüvvələri haqqında qanunun müddəalarının tətbiqinə əsas yarada bilər.

“Düşmənlərin dövlətimizə qarşı hücum və kütləvi qırğın silahlarından istifadə ilə bağlı bu cür təhdidləri təhlükəsizliyin təmin olunması üçün ən mühüm çağırış hesab edilə bilər və bu, dövlətin nüvə silahlı qüvvələri siyasəti haqqında qanunun müvafiq maddələrinin qüvvəyə minməsini tələb edir”,- bəyanatda deyilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti