Bakı.Trend:
Hindistan və ABŞ silahlı qüvvələri iki həftəlik “Yudh Abhyas 2026” adlı hərbi təlimlərə başlayıb.
Bu barədə Hindistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hər ik keçirilən təlimlər sentyabrın 28-dək Hindistanın Uttarakhand və Racastan ştatlarının dağlıq və dağlıq relyefə malik ərazilərində həyata keçiriləcək. Təlimlərdə 1,2 min hərbçi, o cümlədən ABŞ Silahlı Qüvvələrinin 11-ci hava-desant diviziyasının 600 hərbçisi və zabiti iştirak edir.
Məlumatda qeyd olunur ki, manevrlər Hindistan və ABŞ orduları arasında operativ uyğunluğun gücləndirilməsinə və ikitərəfli müdafiə tərəfdaşlığının daha da inkişaf etdirilməsinə yönəlib.
