Moskva danışıqları bərpa etməyə hazırdır - Lavrov

Dünya xəbərləri Xəbər 15 Sentyabr 2026 15:32 (UTC +04:00)
Moskva danışıqları bərpa etməyə hazırdır - Lavrov
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Ankoricdə əldə olunmuş razılaşmalardan geri çəkilməsəydi, sülhə hələ bir il əvvəl nail olmaq mümkün idi.

Rusiya KİV-nin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrovun sözlərinə görə, Moskva danışıqları bərpa etməyə hazırdır, lakin danışıqların keçirildiyi müddətdə atəşkəs rejiminin tətbiqini nəzərdə tutmur.

“Qərbin müdaxiləsi nəticəsində İstanbul razılaşmaları iflasa uğradıqdan sonra dəfələrlə demişik ki, danışıqlar müddətində xüsusi hərbi əməliyyatı dayandırmayacağıq”, - deyə nazir bildirib.

Lavrov vurğulayıb ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib və Ukrayna buna hazır olduğu təqdirdə dialoqa qayıtmağa hazırdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti