Bakı. Trend:
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə ümumi dəyəri 33 milyard 238 milyon ABŞ dolları olan ticarət əməliyyatları həyata keçirib.
Trend-in Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hesablamasına görə, Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 120 milyon ABŞ dolları və ya 3,49% artıb.
Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, son bir ildə ixrac 4 milyard 750 milyon dollar və ya 27,83% artıb, idxal isə 3 milyard 630 milyon dollar və yaxud 24,11% azalıb.
Nəticədə Azərbaycanın xarici ticarət balansında 10 milyard 392 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Bu göstərici illik müqayisədə 8 milyard 379 milyon dollar və ya 5,2 dəfə artıb.
Gömrük məlumatlarına əsasən, hesabat dövründə idxal olunan malların çeşidlərinin sayı 7 226 olub. İdxalın sektorlar üzrə strukturunda özəl sektor üstünlük təşkil edib. Belə ki, 11 milyard 423,4 milyon dollarlıq ümumi idxalın 9 milyard 434,5 milyon dolları və ya 82,59%-i özəl sektorun, 998,6 milyon dolları və ya 8,74%-i dövlət sektorunun, 990,3 milyon dolları və ya 8,67%-i fiziki şəxslərin payına düşüb.
Ölkə qrupları üzrə idxalda ən böyük pay digər ölkələrin payına düşüb. Bu istiqamət üzrə idxal 7 milyard 244,2 milyon dollar və ya ümumi idxalın 63,42%-ni təşkil edib. MDB ölkələrindən 2 milyard 360,4 milyon dollar (20,66%), Avropa İttifaqı ölkələrindən isə 1 milyard 818,7 milyon dollar (15,92%) həcmində mal idxal olunub.
İxrac əməliyyatlarının ümumi həcmi isə 21 milyard 815 milyon dollar təşkil edib. İxrac olunan malların çeşidlərinin sayı 2 436 olub. İxracın 11 milyard 709,1 milyon dolları və ya 53,67%-i dövlət sektorunun, 10 milyard 40,6 milyon dolları və ya 46,03%-i özəl sektorun, 65,4 milyon dolları və ya 0,30%-i fiziki şəxslərin payına düşüb.
Ölkə qrupları üzrə ixracda Avropa İttifaqı ölkələri əsas istiqamət olaraq qalıb. Bu ölkələrə ixrac 11 milyard 749,8 milyon dollar və ya ümumi ixracın 53,86%-ni təşkil edib. Digər ölkələrin payına 8 milyard 716,2 milyon dollar (39,95%), MDB ölkələrinin payına isə 1 milyard 349,1 milyon dollar (6,18%) düşüb.
Hesabat dövründə qeyri-neft sektoru üzrə ixracın həcmi 6 milyard 278,8 milyon dollar təşkil edib ki, bu da ümumi ixracın 28,78%-nə bərabərdir. Eyni zamanda, humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyə formasında ixrac 1,77 milyon dollar, yüksək texnologiyalar məhsullarının ixracı isə 65,72 milyon dollar olub. İdxalda yüksək texnologiyalar məhsullarının dəyəri isə 1 milyard 351,3 milyon dollar təşkil edib.
Ümumilikdə, yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarında 175 xarici ölkə iştirak edib. Xarici ticarət iştirakçılarının ümumi sayı 37 474 nəfər olub. Onların 27 354-ü fiziki şəxslər, 10 120-si isə hüquqi şəxslərdir. Hüquqi şəxslərin 145-i dövlət sektoruna, 9 975-i isə özəl sektora aid olub.
