Penitensiar müəssisələrə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Hadisə Xəbər 15 Sentyabr 2026 15:36 (UTC +04:00)
Penitensiar müəssisələrə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların ötürülməsinə cəhdlərin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, Penitensiar xidmətin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə belə fakt aşkarlanıb.

Belə ki, 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilən bağlamaya baxış zamanı tərliyin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,543 qram qurudulmuş marixuana, 0,716 qram heroin və 0,567 qram metamfetamin aşkar edilib.

Bundan başqa, Bakı İstintaq Təcridxanasında həbs edilmiş şəxs üçün həyat yoldaşı tərəfindən gətirilən sovqata baxış zamanı geyimin üzərində xüsusi üsulla tikilərək gizlədilmiş dörd bükülüdə ümumilikdə 0,888 qram heroin aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Ədliyyə Nazirliyi vətəndaşlara bir daha xatırladıb ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti