Azərbaycan ilə BƏƏ strateji tərəfdaşlığı və regiondakı vəziyyəti müzakirə ediblər (FOTO)

Siyasət Xəbər 16 Sentyabr 2026 01:34 (UTC +04:00)
Azərbaycan ilə BƏƏ strateji tərəfdaşlığı və regiondakı vəziyyəti müzakirə ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində BƏƏ-nin dövlət naziri Səid bin Mübarək Əl-Haceri ilə görüşüb.

Bu barədə Hikmət Hacıyev "X" sosial şəbəkədəki hesabında məlumat verib.

“Biz strateji tərəfdaşlığımız çərçivəsində Azərbaycan ilə BƏƏ arasında dinamik inkişaf edən ikitərəfli münasibətləri nəzərdən keçirdik və regional və beynəlxalq məsələlərə dair səmərəli fikir mübadiləsi apardıq. Regional orta güclər kimi Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verərək müsbət və konstruktiv rol oynayırlar”, — deyə paylaşımda bildirilib.

Xəbər lenti

Xəbər lenti