Azərbaycan neft və qazının reallaşmış orta qiyməti açıqlanıb

Energetika Xəbər 15 Sentyabr 2026 11:08 (UTC +04:00)
Azərbaycan neft və qazının reallaşmış orta qiyməti açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin ilk 6 ayında Azərbaycan neftinin reallaşmış orta qiyməti 94,5 dollar olub. Bu rəqəm 2025-ci ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin ilk yarımilinə dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

AMB rəsmisi qeyd edib ki, 2026-cı ilin ilk altı ayında Azərbaycanın tədiyə balansına qlobal əmtəə, xidmət və maliyyə bazarlarında baş verən qiymət dəyişiklikləri birbaşa təsir göstərib.

Onun sözlərinə görə, hesabat dövründə cari əməliyyatlar balansının profisiti ÜDM-in 12,4 faizinə bərabər olmaqla 4,7 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

“Makroiqtisadi sabitlik baxımından bu, müsbət amildir”, - deyə Nəsirov vurğulayıb.

O bildirib ki, neft-qaz sektorunda cari əməliyyatlar balansının müsbət saldosu təxminən 24 faiz artaraq 9 milyard dollara çatıb, qeyri-neft sektorunda isə cari əməliyyatlar balansının kəsiri 4,3 milyard dollar olub.

Samir Nəsirovun sözlərinə görə, kapital və maliyyə hərəkəti balansında 3 milyard dollar kəsir yaranıb. Kəsirin formalaşmasında xarici maliyyə aktivlərinin 3,3 milyard dollar, xarici maliyyə öhdəliklərinin isə təxminən 300 milyon dollar artması əsas rol oynayıb.

AMB rəsmisi əlavə edib ki, hesabat dövründə reallaşmış ehtiyat aktivləri 1,4 milyard dollar artıb. Bu göstəriciyə məzənnə fərqi və qiymətləndirmə təsirləri daxil edilməyib.

“İlin ilk altı ayının yekunlarına görə, strateji valyuta ehtiyatları təxminən 700 milyon dollar artaraq 85,8 milyard dollara çatıb. Səkkiz ayın yekunlarına görə isə strateji valyuta ehtiyatları 90,8 milyard dollar təşkil edib”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti