Məktəblərin açıldığı ilk gün təcili yardıma neçə müraciət olub?

Cəmiyyət Xəbər 15 Sentyabr 2026 12:18 (UTC +04:00)
Məktəblərin açıldığı ilk gün təcili yardıma neçə müraciət olub?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Yeni tədris ilinin başlanması ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə hər hansı çağırış daxil olmayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qurumun məlumatına görə, tədris ilinin ilk günü ilə bağlı mərkəzə heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda Bilik günüdür. Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunub.

2026–2027-ci tədris ili üzrə 124 mindən çox uşaq birinci sinfə başlayır.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 504 413 şagirdin təhsil alacağı gözlənilir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 999, IX sinfində 49 167, XI sinfində 39 479, XII sinfində isə 99 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 863 beşyaşlının cəlb olunması nəzərdə tutulur.

Yeni tədris ilində ölkə üzrə bütün təhsil səviyyələrində təqribən 2,2 milyon nəfərin təhsil alacağı gözlənilir. Onlardan 226 min nəfər məktəbəqədər, 1,6 milyon nəfər ümumi, 44 min nəfər peşə, 64 min nəfər orta ixtisas, 260 min nəfər isə ali təhsil alanlardır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti