Bakı.Trend:
Rusiya-Ukrayna münaqişəsində həlledici dövr başlayıb.
“Stern” nəşrinin yazdığına görə, bunu Almaniya kansleri Fridrix Merts bildirib.
“Çox güman ki, bizi həlledici anlar gözləyir — bəlkə də həftələr və ya aylar”,- deyə Merts Finlandiyaya səfəri zamanı iştirak etdiyi Aİ–Arktika sammitində bildirib.
Kanslerin sözlərinə görə, qarşıdakı dövr münaqişənin gələcək inkişafı üçün həlledici əhəmiyyət daşıya bilər.
