Niderlandda sərnişin qatarı yük maşını ilə toqquşub

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 16:35 (UTC +04:00)
train crash - qatar toqqushma - 01
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın Gelderland əyalətinin Ermelo şəhərində təxminən 150 nəfərin olduğu sərnişin qatarı dəmir yolu keçidində yük maşını ilə toqquşub.

Bu barədə “Omroep Gelderland” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, qəza nəticəsində azı üç nəfər xəsarət alıb. Onlardan ikisi qatar sərnişini, biri isə yük maşınının sürücüsüdür. Sürücü xəstəxanaya çatdırılıb.

Qəza yerli vaxtla saat 10:00 radələrində (Bakı vaxtı ilə 12:00) baş verib. Məlumata görə, yük maşını iri beton bloklar daşıyırmış. Sərnişinlər qatardan təxliyə ediliblər.

Qəzanın nəticələri ilə əlaqədar Amersfoort və Zvolle şəhərləri arasında qatarların hərəkəti ən azı günün sonunadək dayandırılıb. Qəzanın səbəbləri hələ müəyyən edilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti