Türkiyədə 40-dan çox böyük şirkətin rəhbərləri saxlanılıb

Dünya xəbərləri Xəbər 15 Sentyabr 2026 10:33 (UTC +04:00)
Türkiyədə 40-dan çox böyük şirkətin rəhbərləri saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyədə meyvə-tərəvəz bazarında qiymət manipulyasiyaları ilə bağlı araşdırma çərçivəsində 41 iri distribütor şirkətin 41 rəhbəri barəsində saxlanılma qərarı verilib.

Türkiyə KİV-nə görə, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.

İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində məhsulların istehsalçıdan marketə qədər qiymət formalaşması araşdırılıb. Bu məqsədlə təxminən 1 029 fermerin ifadəsi alınıb, eləcə də Ticarət Nazirliyinin Topdansatış Bazarları Qeydiyyat Sistemi və Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Fermer Qeydiyyat Sistemi məlumatlarından istifadə olunub.

Araşdırma zamanı bəzi iri təchizatçı şirkətlərin bazardakı üstün mövqelərindən istifadə edərək məhsul təklifini olduğundan aşağı, xərcləri isə real göstəricidən yüksək göstərdikləri, saxta istehsalçı qəbzləri tərtib etdikləri və bununla qiymətləri yuxarı istiqamətdə manipulyasiya edərək qanunsuz gəlir əldə etdikləri müəyyən edilib.

Əməliyyat çərçivəsində 22 vilayətdə 109 iş yeri və yaşayış ünvanında eyni vaxtda axtarışlara başlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti