Şimali İrlandiya, Uels və Şotlandiya öz müqəddəratını təyin etmək hüququ ilə bağlı memorandum imzalayıb

Dünya xəbərləri Xəbər 14 Sentyabr 2026 16:58 (UTC +04:00)
Şimali İrlandiya, Uels və Şotlandiya öz müqəddəratını təyin etmək hüququ ilə bağlı memorandum imzalayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali İrlandiya, Uels və Şotlandiyanın birinci nazirləri Mişel O’Nil, Run ap İorvert və Con Svini qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Sənəddə regionların öz müqəddəratını təyin etmək hüququ təsbit olunub. Sənəd Kardiffdə keçirilən görüş zamanı imzalanıb.

Bu barədə “Sky News” telekanalı məlumat yayıb

Telekanalın məlumatına görə, liderlər Böyük Britaniya hökumətini “hər bir yurisdiksiyada konstitusiya dəyişikliklərinə hazırlaşmağa, onları planlaşdırmağa və təmin etməyə” çağırıblar. Bu, bölgələrin Birləşmiş Krallıqdan ayrılmaqla bağlı referendumlar keçirməsinə imkanın yaradılması məqsədi daşıyır.

Memorandumda bildirilir ki, Şimali İrlandiya, Uels və Şotlandiya öz gələcəyini Avropa İttifaqının tərkibində görür. Sənəddə həmçinin qeyd olunur ki, birinci nazirlər iqtisadi məsələlər üzrə öz aralarında əməkdaşlığı gücləndirmək niyyətindədirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti