Bakı.Trend:
Tədris digər dillərdə aparılan siniflərdə "Azərbaycan dili – dövlət dili kimi" fənninin həftəlik saatı artırılır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, 150 min şagird tədris digər dillərdə aparılan siniflərdə təhsil alır.
“2021-ci ildən I–IX siniflərdə həftəlik saat 22-dən 31-ə artırılıb. Azərbaycan tarixi" (V–VI, yeni ildə VII), "Zəfər tarixi" (IX), "Çağırışaqədərki hazırlıq" (X–XI) Azərbaycan dilində tədris olunur. Bu tədris ilində hər sinifdə sözügedən fənn 1 saat artırılacaq”,- deyə nazir bildirib.
Xəbər yenilənəcək...
