Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella epidemiyası ilə əlaqədar istehlakçılara “Happy Hens” markalı yumurtalardan istifadə etməmələri barədə xəbərdarlıq edib. Müəssisələrə isə sözügedən məhsulların satışını dayandırmaq çağırışı olunub.
Bu barədə “New York Post” departamentə istinadən məlumat yayıb.
Məlumata görə, salmonellaya yoluxanlardan yeddi nəfəri xəstəxanaya yerləşdirilib, ölüm halı qeydə alınmayıb. Epidemioloji vəziyyət hələ də davam etdiyindən, yoluxanların sayının artacağı istisna edilmir.
Səlahiyyətli qurumlar bildiriblər ki, salmonella ilə çirklənmiş məhsulun istehlakından sonra ishal, qızdırma və qarın ağrısı kimi simptomlar 6 saatdan 6 günədək müddətdə ortaya çıxa bilər.
Salmonella infeksiyası adətən 4-7 gün davam edir. Lakin bəzi
hallarda xəstəliyin ağırlaşması və pasiyentin xəstəxanaya
yerləşdirilməsi tələb oluna bilər.