Bakı. Trend:
İsveçdə bazar günü ölkə parlamentinə seçkilər keçiriləcək.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 20:00-dək açıq olacaq. İlkin nəticələrin yerli vaxtla saat 21:00 radələrində açıqlanacağı gözlənilir.
"Demoskop" analitik agentliyinin avqustun 25-dən sentyabrın 1-dək keçirdiyi sorğuya əsasən, müxalifət partiyalarını – Sosial-Demokrat Fəhlə Partiyasını, Sol Partiyanı, Mərkəz Partiyasını və Yaşıllar Partiyasını respondentlərin 50,6 faizi dəstəkləyib. Hakim koalisiyaya – Mülayimlər Koalisiya Partiyasına, Liberal Partiyaya və Xristian Demokratlar Partiyasına respondentlərin 47,3 faizi səs verməyə hazır olduğunu bildirib. Hakim koalisiyanı, həmçinin, sağçı millətçi İsveç Demokratları Partiyası dəstəkləyir.
Seçki kampaniyası zamanı bəzi isveçli siyasətçilər vaxtaşırı bu və ya digər şəkildə Rusiya ilə bağlı mövzulara toxunublar.