Bakı. Trend:
Sentyabrın 12-si saat 07:00-dan etibarən təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunda üç ünvanda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, təmir işləri Abdulla Rəhimov, İlqar Abbasov və Həzi Aslanov küçələrini əhatə edəcək.
"Təmir səbəbilə sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.
Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq", - deyə məlumatda qeyd edilib.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
