Diplomatik korpusun nümayəndələri Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar (FOTO)

Siyasət Xəbər 11 Sentyabr 2026 16:41 (UTC +04:00)
Diplomatik korpusun nümayəndələri Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərində iştirak edən nümayəndələri Şuşada inşası davam etdirilən Yeni Şuşa məscidi ilə tanış olublar.

Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbiri xəbər verir ki, nümayəndə heyətinə məsciddə həyata keçirilən tikinti işləri və layihənin icra vəziyyəti barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən, ümumilikdə 150 nəfərdən ibarət heyət iştirak edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti