Tramp İrlandiyada Avropa liderləri ilə görüşlər keçirəcək

Dünya xəbərləri Xəbər 12 Sentyabr 2026 05:49 (UTC +04:00)
Tramp İrlandiyada Avropa liderləri ilə görüşlər keçirəcək

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp həftəsonunu keçirəcəyi İrlandiyada bir sıra Avropa liderləri ilə görüşmək niyyətində olduğunu bildirib.

“Avropa liderləri və digər şəxslərlə çoxlu görüşlərimiz olacaq. Buna görə də çox maraqlı olacaq. Biz fəal şəkildə ticarət aparırıq”, - deyə Tramp bildirib. O, İrlandiyaya uçmazdan əvvəl Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırıb. Prezident əlavə təfərrüat açıqlamayıb.

Ağ Ev daha əvvəl Trampın sentyabrın 12-si və 13-də İrlandiyada olacağını açıqlayıb. Onun, xüsusilə, Baş nazir Mixel Martinlə görüşəcəyi və qolf turnirinə qatılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti