Bakı. Trend:
Azərbaycan Avtomobil Federasiyası qurumun adından saxta elektron məktublar göndərilməsinə dair xəbərdarlıq edir.
Belə ki, kiberdələduzluq nəticəsində Federasiyanın [email protected] elektron poçt ünvanından müxtəlif şəxslərə guya xeyriyyə məqsədi ilə ianələr toplanılmasına dair məktublar göndərilib.
Azərbaycan Avtomobil Federasiyası bu məzmunda məktubların federasiya ilə bağlı olmadığını bildirir və vətəndaşları belə dələduzluq hallarına qarşı diqqətli olmağa çağırır.
