Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub (FOTO)

Siyasət Xəbər 11 Sentyabr 2026 20:59 (UTC +04:00)
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşada Meksika Respublikasının Müstəqillik Günü qeyd olunub.

Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbiri xəbər verir ki, rəsmi qəbulda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero çıxış ediblər.

Tədbirdə Viktoriya Romero bildirib ki, Meksika Azərbaycanla investisiya və ticarət mübadiləsini intensivləşdirmək niyyətindədir. O, iki ölkə arasında iqtisadi münasibətlərin möhkəmləndiyini və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Hikmət Hacıyev isə Azərbaycanın Meksikanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi davamlı və qətiyyətli dəstəyi yüksək qiymətləndirdiyini bildirib. O qeyd edib ki, Azərbaycan və Meksika arasında yaxın siyasi əlaqələr və fəal siyasi dialoq mövcuddur.

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Şuşa diplomatik paytaxtlardan biri kimi özünü göstərir və digər ölkələrin şəhər günlərinin Şuşada keçirilməsi bunun göstəricisidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti