ABŞ Azərbaycanla strateji tərəfdaşlığın həyata keçirilməsinə xüsusi diqqət yetirir - Emi Karlon

Siyasət Xəbər 11 Sentyabr 2026 15:03 (UTC +04:00)
ABŞ Azərbaycanla strateji tərəfdaşlığın həyata keçirilməsinə xüsusi diqqət yetirir - Emi Karlon
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Xankəndi. Trend:

ABŞ Azərbaycanla strateji tərəfdaşlığın həyata keçirilməsinə xüsusi diqqət yetirir.

Bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbirinə açıqlamasında deyib.

O bildirib ki, tərəflər strateji tərəfdaşlığın həyata keçirilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.

“Bu istiqamətdə ilk mühüm irəliləyiş iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində əldə olundu. Biz ABŞ və Azərbaycan arasında ilk dəfə İqtisadi Dialoq keçirdik. Tədbir çərçivəsində 8 milyard ABŞ dolları dəyərində sazişlər imzalandı. Hazırda diqqətimizi qarşıdan gələn Azərbaycan Müdafiə Sərgisinə yönəltmişik və ABŞ şirkətlərini də bu sərgiyə gətiririk”, – deyə Emi Karlon qeyd edib.

Diplomat vurğulayıb ki, ABŞ və Azərbaycan strateji tərəfdaşlığın əsas istiqamətləri üzrə əməkdaşlığı davam etdirəcək.

“Bu istiqamətlərə bağlantı, iqtisadi investisiyalar, eləcə də müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq daxildir”, – deyə o əlavə edib.

Emi Karlon, həmçinin vəziyyətin diqqətlə izlənildiyini və tərəflər arasında mövcud əməkdaşlığın davam etdirilməsi imkanlarının nəzərdən keçirildiyini bildirib.

“Biz vəziyyəti diqqətlə izləyirik. Keçmişdə Azərbaycanla əməkdaşlıq etmişik və bu əməkdaşlığı necə davam etdirə biləcəyimizi nəzərdən keçiririk”, – deyə diplomat bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti