Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzası alıb

Dünya xəbərləri Xəbər 11 Sentyabr 2026 15:38 (UTC +04:00)
Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzası alıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İstanbulun sabiq meri Əkrəm İmamoğlu iki il bir ay müddətinə azadlıqdan məhrum edilib və ona siyasi fəaliyyətlə məşğul olmaq qadağan olunub.

Türkiyə KİV-lərinin məlumatına əsasən, Məhkəmənin qərarı İmamoğlunun 2022-ci ildə İstanbulun Tuzla rayonunun sabiq bələdiyyə başçısı Şadi Yazıcı ilə bağlı səsləndirdiyi fikirlər üzrə açılmış işlə əlaqədardır.

Məhkəmə İmamoğlunu təqsirli bilib və ona iki il bir ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Eyni zamanda, onun siyasi fəaliyyətlə məşğul olmasına qadağa qoyulub.

Bu işə daha əvvəl də məhkəmədə baxılıb və siyasətçi bəraət alıb. Lakin apellyasiya instansiyası bəraət hökmünü ləğv edərək bildirib ki, təhqir işi sadələşdirilmiş qaydada araşdırıla bilməz və qərar məhkəmə iclası keçirildikdən sonra çıxarılmalı idi. Bundan sonra iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.

İmamoğlu barəsində, o cümlədən İstanbul meriyasındakı korrupsiya ilə bağlı bir neçə cinayət işi açılıb. Siyasətçiyə qarşı irəli sürülən 140-dan çox epizod üzrə məhkəmə araşdırmaları davam edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti