Şəmkirdə istixanada yanğın baş verib

Hadisə Press-reliz 10 Sentyabr 2026 18:34 (UTC +04:00)
Şəmkirdə istixanada yanğın baş verib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Şəmkir rayonunun Zəyəm qəsəbəsində vətəndaşa məxsus istixanada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bununla bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.

"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

İstixana ərazisində plastik tullantıların yığıldığı sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikili və istixana yanğından mühafizə olunub", - deyə məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti