Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb (VİDEO)

Cəmiyyət Xəbər 10 Sentyabr 2026 20:21 (UTC +04:00)
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb (VİDEO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Suraxanı rayonunda, Elzar Yusubov küçəsində, “Qərib Ağa Məscid”in yaxınlığında təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, bu səbəbdən sürücülər Hövsan (MİDA) yolundan istifadə etməklə Zığ şosesi istiqamətində hərəkət edirlər.

Qeyd olunub ki, nəticədə həm təmir işləri, həm də bəzi sürücülərin yolun əks istiqamətinə çıxması səbəbindən yolda nəqliyyat sıxlığı müşahidə edilir.

Hazırda yol polisi əməkdaşları yaranan sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görürlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti