İran-Azərbaycan əlaqələrində müsbət tendensiya müşahidə olunur - İran səfiri

Siyasət Xəbər 11 Sentyabr 2026 15:27 (UTC +04:00)
İran-Azərbaycan əlaqələrində müsbət tendensiya müşahidə olunur - İran səfiri
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Xankəndi. Trend:

İran-Azərbaycan əlaqələrində müsbət tendensiya müşahidə olunur.

Bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Trend-ə müsahibəsində deyib.

“Çox sevindirici haldır ki, İran-Azərbaycan əlaqələrində müsbət tendensiyanın olduğunu görürük. Eyni zamanda, biz şahidik ki, müxtəlif nümayəndə heyətləri arasında həm iqtisadiyyat, həm mədəniyyət, həm də elm sahəsində mübadilələr aparılır. Ticarət və nəqliyyat sahələrində əməkdaşlığın da gündən-günə genişləndiyinin şahidiyik”, - deyə səfir bildirib.

İran səfiri Qarabağa dördüncü dəfə səfər etdiyini və hər səfərində bölgədə aparılan quruculuq işlərinin sürətini müşahidə etdiyini bildirib.

“Mənim Qarabağa dördüncü səfərimdir və çox sevindirici haldır ki, hər dəfə burada quruculuq işlərinin böyük sürətlə aparıldığının şahidi oluram. Eyni zamanda, çox maraqlı cəhət bundan ibarətdir ki, əhalinin sayının artdığını görürəm. Həyatın burada necə sürətlə bərpa olunduğunu görürsünüz.

Qarabağ və Şərqi Zəngəzura səfərlər zamanı hər dəfə müxtəlif sahələrdə yeniliklər müşahidə olunur. Yollardan tutmuş şəhərdə yaşayış üçün zəruri olan təhsil, səhiyyə və infrastruktur sahələrinədək inkişafın olduğunu görürük.”, - M.Dəmirçilu deyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti