Dövlət baytarlıq nəzarəti tədbirlərinə özəl baytarlar cəlb ediləcək

Cəmiyyət Sənəd 10 Sentyabr 2026 15:02 (UTC +04:00)
Dövlət baytarlıq nəzarəti tədbirlərinə özəl baytarlar cəlb ediləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət baytarlıq nəzarəti tədbirlərinə özəl baytarların cəlb edilməsi mexanizmi hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Proqrama əsasən, özəl baytarların dövlət baytarlıq nəzarət tədbirlərinə cəlb edilməsinə dair hüquqi bazanın formalaşdırılması, özəl baytar həkimlərlə tərəfdaşlıq və əməkdaşlıq müqavilələrinin bağlanılması nəzərdə tutulub.

2027-2032-ci illəri əhatə edən prosesdə əsas icraçı qurum Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.

Digər icraçı qurumlar Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti