Xaçmaz rayonunda yeni soyuducu anbar və çeşidləmə sexi inşa olunacaq (FOTO)

Cəmiyyət Xəbər 10 Sentyabr 2026 13:12 (UTC +04:00)
Xaçmaz rayonunda yeni soyuducu anbar və çeşidləmə sexi inşa olunacaq (FOTO)
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Xaçmaz rayonunda aqrar sektorun inkişafı istiqamətində mühüm layihələrin icrası davam etdirilir.

Bu çərçivədə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Habil Əzəmmədov rayonun Qusarçay kəndində fəaliyyət göstərən fındıq emalı müəssisəsinə və yeni soyuducu anbarın inşa olunacağı əraziyə baxış keçiriblər.

Əvvəlcə fındıq emalı müəssisəsində yaradılmış şəraitlə tanışlıq olub. Rəsmilərə müəssisədə istehsal prosesi, məhsulların çeşidi, ixrac imkanları və daxili bazarın təminatındakı rolu barədə ətraflı məlumat verilib.

Daha sonra Qusarçay kəndində 4000 ton tutuma malik soyuducu anbarın inşa olunacağı əraziyə baxış keçirilib. Bildirilib ki, soyuducu anbarın tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanıb və yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq.

Məlumat verilib ki, sahibkara məxsus 200 hektardan artıq ərazidə müxtəlif növ meyvə bağları salınıb. Gələcəkdə burada yeni çeşidləmə sexinin inşası da nəzərdə tutulub.

Baxış zamanı Elnur Rzayev və Habil Əzəmmədov sahibkarla həmsöhbət olub, onun təklif və müraciətlərini dinləyiblər. Qeyd olunub ki, dövlət başçısının aqrar sektorun inkişafına göstərdiyi diqqət və qayğı, güzəştli kreditlər, subsidiyalar və digər dəstək mexanizmləri sahibkarların fəaliyyətinin genişlənməsinə, yeni istehsal və emal müəssisələrinin yaradılmasına güclü təkan verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti