Brent neftinin qiyməti 108 dolları keçib

İqtisadiyyat Xəbər 10 Sentyabr 2026 23:37 (UTC +04:00)
Brent neftinin qiyməti 108 dolları keçib

Bakı. Trend:

Brent markalı neftin noyabr ayı üzrə fyuçerslərinin qiyməti Londonun ICE birjasında 2026-cı il mayın 21-dən etibarən ilk dəfə olaraq 108 ABŞ dolları həddini keçib.

Bakı vaxtı ilə saat 22:10-da Brent neftinin qiyməti 6,78% bahalaşaraq bir barel üçün 108,07 dollara çatıb.

Saat 22:15-də isə artım daha da sürətlənib. Nəticədə Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 6,89% yüksələrək bir barel üçün 108,18 dollar təşkil edib.

Bununla yanaşı, WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti 7,13% artaraq bir barel üçün 102,9 dollara yüksəlib.

Xəbər lenti

Xəbər lenti