Xocalıda minaya düşən ANAMA əməkdaşı Bərdəyə təxliyə edilib (YENİLƏNİB)

Hadisə Xəbər 10 Sentyabr 2026 11:31 (UTC +04:00)
Xocalıda minaya düşən ANAMA əməkdaşı Bərdəyə təxliyə edilib (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocalı. Trend:

Xocalı rayonunun Daşkənd kəndində mina partlayışı nəticəsində xəsarət alan ANAMA əməkdaşı Bərdəyə təxliyə edilib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, yaralıya əvvəlcə Xankəndi Şəhər Xəstəxanasında ilkin tibbi yardım göstərilib. Daha sonra onun müalicəsinin davam etdirilməsi üçün Bərdə Şəhər Diaqnostika Mərkəzinə köçürülməsi təmin olunub.

Hazırda yaralının əməliyyat olunması planlaşdırılır.

Hadisə ilə bağlı araşdırma aparılır.

xxx
09:40

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minatəmizləmə zamanı xəsarət alan əməkdaşının vəziyyəti qənaətbəxşdir.

ANAMA-dan verilən məlumata görə, agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu işğaldan azad edilmiş Xocalı rayonunun Daşkənd kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Həsənov Anar sol ayağından xəsarət alıb.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

xxx
09:35

Xocalı rayonunda minaya düşərək xəsarət alan ANAMA əməkdaşının kimliyi məlum olub.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə zamanı xəsarət alan şəxs ANAMA əməkdaşı Anar Həsənovdur.

A.Həsənov ilkin tibbi yardım göstərilməsi məqsədilə Xankəndi Şəhər Xəstəxanasına çatdırılıb.

xxx
09:14

Xocalı rayonunda minatəmizləmə işləri zamanı mina partlayışı baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, ərazidə minatəmizləmə fəaliyyəti həyata keçirən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşının iştirakı ilə mina partlayıb. Nəticədə əməkdaş xəsarət alıb.

Yaralı tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti