Bakı. Trend:
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə birlikdə qrant müsabiqəsi elan edilir.
Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi gənclər
təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə birlikdə
qrant müsabiqəsi elan edir. Müsabiqə üzrə QHT-lərin layihə
təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il sentyabrın
10-da başlanacaq. Müraciət üçün son tarix 2026-cı il oktyabrın
1-idir. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim
etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq,
layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları
elan olunacaq.
Qrant məbləğlərinin yuxarı həddi:
• Kiçik qrant müsabiqəsi üzrə yuxarı hədd – 30000 manat,
• Böyük qrant müsabiqəsi üzrə qrant məbləğinin aşağı həddi 30000
manat, yuxarı həddi 100000 manat.
Müsabiqələr aşağıdakı mövzuları əhatə edir:
1.Rəqəmsal transformasiya, innovasiya və süni intellekt
əsaslı təşəbbüslər
(süni intellekt, innovasiya, startap, kibertəhlükəsizlik və
yeni texnologiyalara dair təşəbbüslərə üstünlük verilir);
2.Regionlarda, kənd və ucqar ərazilərdə yaşayan
gənclərin inkişaf imkanlarının genişləndirilməsi, onların sosial
fəallığının artırılması
(Həssas sosial qruplara aid, əlilliyi olan və digər xüsusi
dəstəyə ehtiyacı olan gənclərin sosial inklüzivliyinin və ictimai
fəallığının artırılmasına dair təşəbbüslərə üstünlük
verilir);
3.Gənclər arasında sağlam həyat tərzinin, fiziki fəallığın və idmanın təşviqi, zərərli vərdişlərin, riskli davranışların qarşısının alınması, ictimai davranış mədəniyyətinin inkişaf etdirilməsi
(gənclərin vətənpərvərlik ruhunda mənəvi-əxlaqi tərbiyəsinə, sağlamlığının qorunmasına və fiziki inkişafına, narkotik, siqaret, ekran aludəçiliyi, erkən nikah, məişət zorakılığı, insan alveri ilə mübarizəyə, ictimai davranış mədəniyyətinin inkişafına dair təşəbbüslərə üstünlük verilir);
4.Gənclər arasında könüllülük fəaliyyətinin, məşğulluq,
sahibkarlıq, karyera planlaşdırılması və peşə bacarıqlarının
inkişafı, gənc peşəkarların tanıdılması
(İşğaldan azad edilmiş ərazilərdə gənclərin təşəbbüslərinin
dəstəklənməsinə üstünlük verilir);
5.Gənclərin davamlı inkişaf, ekoloji məsuliyyət və iqlim
fəaliyyəti təşəbbüsləri
(Gənclərin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata
keçirilməsində iştirakının təşviqinə, ətraf mühitin mühafizəsinə,
biomüxtəlifliyin qorunmasına, təbii ehtiyatlardan səmərəli
istifadəyə, yaşıl inkişafın təşviqinə, iqlim dəyişmələri və ekoloji
məsuliyyət sahəsində maarifləndirməyə dair təşəbbüslərə üstünlük
verilir);
6.Şəhid ailələri, veteranlar, müharibə iştirakçıları ilə
iş
(şəhid ailələri və müharibə iştirakçıları, veteranları ilə iş,
hüquqi və psixoloji xidmətin təşkili, Azərbaycan Respublikasının
istiqlaliyyətinin, ərazi bütövlüyünün və suverenliyinin bərpası
prosesinin təhlilinə, gənc nəslin milli ruhda tərbiyəsinə dair
təşəbbüslərə üstünlük verilir).
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il
22 iyun tarixli 188 nömrəli qərarla təsdiq edilmiş Qaydasına
müvafiq olaraq, müsabiqə üçün tələb olunan sənədlər:
• layihə təklifi;
• layihənin icra planı;
• layihənin xərclər smetası;
• layihənin büdcəsinin maliyyə əsaslandırılması;
• QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin
dövlət reyestrindən çıxarışının surəti;
• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən
sənədin surəti;
• maliyyə vəsaitinin köçürüləcəyi QHT-nin bank hesabı barədə
məlumatlar;
• Kiçik qrant müsabiqəsi üzrə QHT-nin son 3 (üç) il ərzində
fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə
azı 10 (on) fərqli məzmunda informasiyanın media subyektlərində
yayılmasını təsdiq edən sənəd
• Böyük qrant müsabiqəsi üzrə QHT-nin son 5 (beş) il ərzində
fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə
azı 30 (otuz) fərqli məzmunda informasiyanın media subyektlərində
yayılmasını təsdiq edən sənəd.
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
• Nizamnamə məqsədlərində gənclərlə bağlı fəaliyyət istiqaməti
olmayan QHT-lərin layihələri;
• 2026-cı il üzrə AR Gənclər və İdman Nazirliyinin qrant
müsabiqələrinin qalibləri olan QHT-lərin layihələri.
Texniki tələblər:
• QHT-lər layihə təkliflərini QHT Agentliyinin saytında xüsusi
bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə
2026-cı il sentyabrın 10-dan oktyabrın 1-dək QHT
• Agentliyin elektron xidmətlər portalında (e-ərizə bölməsi) aktiv
olacaq);
Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə
təkliflərinə dair sənədlər qəbul olunmur.
Əlaqə vasitələri:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyi, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci
məhəllə, ev 20.
[email protected]
