Bakı. Trend:
Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə sentyabrın 9-da qeydə alınıb.
Belə ki, Nihad Cəfərovla Ruzi Bayramov arasında yaranan mübahisə zamanı N.Cəfərovun üzərində gəzdirdiyi bıçaqla R.Bayramovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurduğu bildirilir.
Hadisə nəticəsində R.Bayramovun sağlamlığına qəsdən ağır zərər vurulub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
