Meksikada şəhər merini öldürən dəstənin lideri həbs edilib

Dünya xəbərləri Xəbər 10 Sentyabr 2026 04:32 (UTC +04:00)
Meksikada şəhər merini öldürən dəstənin lideri həbs edilib

Bakı. Trend:

Meksikanın hüquq-mühafizə orqanları "Ölülər günü" bayramı tədbirləri zamanı Uruapan şəhərinin (Miçoakan ştatı) merı Karlos Mansonu qətlə yetirən cinayətkar qruplaşmanın liderini saxlayıblar. Bu barədə Meksikanın ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Harfuş məlumat verib.

"[Güc strukturlarının] əməkdaşları Xalisko ştatının Sapopan şəhərində Aleksis "N"-in həbsi üçün verilmiş orderi icra ediblər", — deyə nazir "X" sosial şəbəkəsində yazıb və ştatın hakimiyyət orqanları, eləcə də qubernatoru ilə əməkdaşlığı vurğulayıb.

Harfuşun məlumatına görə, saxlanılan Aleksis "N" Uruapandakı cinayətkar qruplaşmanın regional operatorudur. O, merin qətlinin sifarişçilərindən biri hesab edilən Xorxe Armandonun həbsindən sonra kriminal strukturda idarəetmə funksiyalarını öz üzərinə götürüb.

Nazir əlavə edib ki, bu tədbirlər sayəsində "cinayətlə əlaqədar saxlanılan şəxslərin ümumi sayı 32 nəfərə çatıb".

Xəbər lenti

Xəbər lenti