Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim keçirilib (FOTO)

Cəmiyyət Press-reliz 9 Sentyabr 2026 16:11 (UTC +04:00)
Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim keçirilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə Nazirliyi dövlət satınalmaları sahəsində rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi və satınalma müqavilələrinin icrası prosesinin elektron mühitdə daha səmərəli təşkili istiqamətində tədbirləri davam etdirir. Bu çərçivədə sentyabrın 9-da dövlət satınalmalarında iştirak edən təchizatçı təşkilatların nümayəndələri üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-müqavilə” altsistemində “Təhvil-təslim aktlarının yaradılması” funksiyası üzrə təlim keçirilib.

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin əsas məqsədi təchizatçıların müqavilələrin icrası prosesində təhvil-təslim aktlarının elektron formada yaradılması, imzalanması və prosesin statusunun izlənilməsi barədə məlumatlandırılması və onların praktiki bacarıqlarının artırılmasıdır.

Təlim zamanı “e-müqavilə” altsistemində müvafiq əməliyyatların mərhələli şəkildə həyata keçirilməsi nümayiş etdirilib, iştirakçıların altsistemin funksional imkanları, sistemdən istifadə qaydaları barədə, eləcə də elektron müqavilələrlə iş zamanı yaranan sualları cavablandırılıb.

Qeyd edək ki, 1 sentyabr 2026-cı il tarixindən etibarən “e-müqavilə” altsistemində dövlət satınalmaları üzrə bağlanılmış müqavilələrin icrasını təsdiq edən “Təhvil-təslim aktlarının yaradılması” funksiyası istifadəyə verilib. Yeni funksionallıq satınalan və təchizatçı təşkilatlar arasında təhvil-təslim prosesinin rəqəmsal mühitdə həyata keçirilməsinə, sənəd dövriyyəsinin optimallaşdırılmasına və müqavilələrin icrasına dair məlumatların daha operativ şəkildə izlənilməsinə imkan yaradır.

Təlimlərin mərhələli şəkildə davam etdirilməsi və daha geniş təchizatçı auditoriyasının prosesə cəlb olunması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti