Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuş Osman Xaliyev kollektivə təqdim edilib.
Bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov İdarə Heyətinin yeni sədrini kollektivə təqdim edərək fəaliyyətlərini şəffaf və müasir idarəetmə səviyyələrində qurmaqla əhalinin mənzillərə əlçatanlığının artırılması istiqamətində işlərin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrini çatdıraraq yeni rəhbərliyə və kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
