Bakı. Trend:
İran xarici işlər naziri Seyid Abbas Əraqçi İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin üzvlərini Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya ilə əlaqədar məlumatlandırıb.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bununla əlaqədar İran xarici işlər naziri Seyid Abbas Əraqçinin İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsi üzvləri ilə görüşü keçirilib.
Görüşdə İranın xarici işlər naziri son vaxtlar layihəsi İran parlamentinə təqdim olunan “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya ilə bağlı əlavə məlumat verib
Görüşdə həmçinin iranlı nazir İranla Oman arasında Hörmüz boğazı ilə əlaqədar razılaşma, İran və ABŞ arasında vasitəçilik missiyası yerinə yetirən ölkələrlə müzakirələr, Hörmüz boğazının açılması ilə əlaqədar İranın şərtləri, Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı, BRICK-sin keçiriləcək zirvə toplantısı, qonşu ölkələrlə əlaqələr, ikitərəfli münasibətlər, birgə layihələr və iqtisadi diplomatiya haqda əlavə məlumat verib.
Görüşdə İran parlamentinin deputatları deputat seçildikləri ərazilərin iqtisadi potensialı və qonşu ölkələrlə əlaqələr haqda müsbət fikirlər irəli sürüblər.
Eyni zamanda iclasda irəli sürülən məsələlər haqda fikir mübadiləsi aparılıb və İranın milli mənafeyinin təmin olunması istiqamətində İran parlamenti və Xarici İşlər Nazirliyi arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.
Qeyd edək ki, Xəzər dənizinin uzunluğu təxminən 1,2 min km, maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Dənizin sahil xəttinin uzunluğu təxminən 6,38 min km-dir. Dənizin ətrafında 5 sahilyanı ölkə - Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və Rusiya yerləşir.
2018-ci il 12 avqustda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) 5-ci sammitində ölkə başçıları tərəfindən Xəzər dənizinin hüquqi statustu haqqında konvensiya imzalanıb. Konvensiya 4 ölkənin parlamentində ratifikasiya olunsa da, indiyədək İran parlamentində ratifikasiya olunmayıb.
İran hökuməti 22 iyul 2026-cı il tarixində bu konvensiya Nazirlər Kabinetində təsdiqlənib və sonra parlamentə göndərilib.
Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyada ölkələrin payı ölkələr arasında ikitərəfli razılaşma çərçivəsində həll olunması nəzərdə tutulub.
