İngiltərəli keçmiş hakim Mayk Din Premyer Liqa karyerası ilə bağlı etiraflar edib

İdman Materials 9 Sentyabr 2026 09:02 (UTC +04:00)
İngiltərəli keçmiş hakim Mayk Din Premyer Liqa karyerası ilə bağlı etiraflar edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Keçmiş ingilis futbol hakimi Mayk Din İngiltərə çempionatının oyunlarını idarə etdiyi dövrdə bəzən bilərəkdən mümkün qədər uzun müddət fit çalmamağa və ya mərkəz dairədən çıxmadan meydanda qərarlar verməyə çalışdığını bildirib.

“Gülmək üçün belə oyunlarımız olurdu. Zarafatlaşırdıq. Deyirdik: “Görək, fit çalmadan nə qədər davam gətirə bilərik”. Mən bunu Premyer Liqada bir neçə dəfə etmişəm. Elə olurdu ki, 20-25 dəqiqə fit çalmırdım.

Bəzən də mərkəz dairəsində mümkün qədər uzun müddət dayanırdım və yalnız oradan çıxmalı olduğum anda hərəkət edirdim. Köməkçi hakimlər deyirdilər: “Bacarmayacaqsan”. Mən isə cavab verirdim: “Çalışacağam”. Bir oyunda təxminən 15 dəqiqə mərkəz dairəsindən çıxmadan qala bildim”, – Din Ceymi Vardinin "Jamie Vardy's Having A Party" podkastında bildirib.

Din qeyd edib ki, belə hallar oyunlarda VAR sistemindən istifadə edilməyə başlanmasından əvvəl baş verib.

Din 2021/2022-ci il mövsümündən sonra hakimlik karyerasını başa vurub, 2023-cü ildə isə baş hakimin videoassidenti funksiyasını yerinə yetirməyi dayandırıb. O, karyerası ərzində İngiltərə çempionatında 500-dən çox oyunda hakimlik edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti