Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək

İqtisadiyyat Materials 9 Sentyabr 2026 08:30 (UTC +04:00)
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Qazaxıstan və Azərbaycan Xəzərdə sərnişin daşımalarına yenidən başlayacaq.

Bu barədə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel məlumat verib.

Diplomatın sözlərinə görə, Qazaxıstan tərəfi Azərbaycana Kurık limanı – Bakı limanı – Kurık limanı bərə xətti üzrə sərnişin daşımalarının bərpa edilməsini təklif edib. Bu daşımalar 2020-ci ilə qədər həyata keçirilib və COVID-19 pandemiyası ilə əlaqədar dayandırılıb.

Alim Bayel sərnişin daşımalarının dayandırılmasına qədər Xəzər dənizi üzərindən bu marşrutdan ildə təxminən 1500 sərnişin istifadə etdiyini qeyd edib. O, qarşıdakı dövrdə bu marşrutla səyahət etmək istəyənlərin sayının daha çox olacağına əminliyini ifadə edib. Bərə xəttinin yenidən fəaliyyətə başlaması iki ölkə arasında sərnişin əlaqələrinin inkişafına təkan verəcək, turizm mübadiləsini gücləndirəcək və Orta Dəhlizin imkanlarını genişləndirəcək.

Səfir bildirib ki, Azərbaycan tərəfi Qazaxıstanın təklifini dəstəkləyib. Hazırda iki ölkənin nəqliyyat qurumları sərnişin daşımalarının mümkün qədər tez bərpa edilməsi istiqamətində işə başlayıblar.

Bugün Bakı ilə Qazaxıstanın Astana, Almatı, Şımkent, Aktau, Atırau kimi şəhərləri arasında həftədə 37 aviareys həyata keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti