Daxili İşlər Nazirliyi AMERİPOL-da müşahidəçi statusu əldə edib

Cəmiyyət Materials 8 Sentyabr 2026 17:43 (UTC +04:00)
Daxili İşlər Nazirliyi AMERİPOL-da müşahidəçi statusu əldə edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Polis Qüvvələri Birliyinin (AMERİPOL) Direktorlar Şurasının 5-ci Fövqəladə Sammiti çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təşkilatda müşahidəçi statusunda təmsil olunması təmin edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müvafiq status Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin AMERİPOL-a üzv dövlətlərin aidiyyəti hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq polis əməkdaşlığı çərçivəsində qarşılıqlı məlumat və qabaqcıl təcrübə mübadiləsinin aparılması, eləcə də təşkilatın müvafiq tədbirlərində iştirak imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Müşahidəçi statusu eyni zamanda transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, ekstremizm, insan alveri və digər müasir təhdidlərə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti