Bakı. Trend:
İslandiyanın xarici işlər naziri Torgerdur Katrin Qyunnarsdottir ABŞ lideri Donald Trampın “Truth Social” sosial şəbəkəsində paylaşdığı posta görə ABŞ-nin İslandiyadakı səfiri Billi Lonqu XİN-ə çağırıb.
Bu barədə İslandiyanın RUV teleradio şirkəti məlumat yayıb.
Buna səbəb İslandiyanın və bir sıra digər ölkələrin ABŞ bayrağının rənglərinə boyandığı şəkil olub. RUV-un sorğusuna cavab olaraq İslandiya Xarici İşlər Nazirliyi bildirib ki, görüş zamanı Trampın paylaşımı “tamamilə yersiz” adlandırılıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp onlarla ölkənin, o cümlədən Kuba, Kanada, Meksika, Karib hövzəsi ölkələrinin ABŞ bayrağının rənglərinə boyandığı xəritə yayımlayıb. Sözügedən xəritəni siyasətçinin “Truth Social” sosial şəbəkəsindəki səhifəsində görmək mümkündür.
Şəkildə Tramp Kuba, Kanada, Meksika, Qrenlandiya, İslandiya, eləcə də Mərkəzi Amerika dövlətləri və bir sıra Karib ölkələrini ABŞ-ın tərkibinə “birləşdirib”. Bununla yanaşı, siyasətçi paylaşımına hər hansı açıqlama yazmayıb.
