Azərbaycanda "FIATA Bill of Lading"in rəqəmsal tətbiqi imkanı nəzərdən keçirilir

İqtisadiyyat Materials 8 Sentyabr 2026 12:37 (UTC +04:00)
Azərbaycanda "FIATA Bill of Lading"in rəqəmsal tətbiqi imkanı nəzərdən keçirilir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda FIATA multimodal konosamentinin (FIATA Bill of Lading – FBL) rəqəmsal formada tətbiqi imkanları araşdırılır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Nəqliyyat-Ekspeditor Şirkətləri Assosiasiyasının (Freight Forwarders Association of Azerbaijan – FFAA) sədri Kəmran Həbibov Bakıda keçirilən “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgi çərçivəsində bildirib.

Onun sözlərinə görə, "FIATA Bill of Lading" multimodal sənəd olmaqla, nəqliyyat növünün neçə dəfə dəyişməsindən asılı olmayaraq yükün vahid sənədlə daşınmasına imkan verir.

“Hazırda assosiasiyamız və Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu sənədin ölkədə tətbiqi ilə bağlı məsləhətləşmələr aparır və məsələni araşdırır”, – deyə o bildirib.

K.Həbibov qeyd edib ki, sənədin yalnız Azərbaycanda tətbiq edilməsi kifayət etməyəcək.

“Bu prosesə ölkəmizdə başladıqdan sonra, ehtimal ki, sənədin digər dövlətlərdə də tətbiqinə təşəbbüs göstərəcək, onun üstünlüklərini nümayiş etdirəcək və hazırda prosesdə iştirak etməyən dəhliz iştirakçılarını da bu prosesə cəlb edəcəyik”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, sənədlər tədricən elektron formata keçirilir və FIATA da FBL-in rəqəmsal formata keçirilməsi üzərində çalışır.

“Bu istiqamətdə işlər davam etdirilir. Ola bilsin ki, ilin sonunadək artıq ilk nəticələri təqdim edə bilək”, – deyə K.Həbibov bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti