Almaniyada ifrat sağçıların qələbəsinə ancaq səfehlər sevinər - Tusk

Dünya xəbərləri Materials 7 Sentyabr 2026 16:09 (UTC +04:00)
Almaniyada ifrat sağçıların qələbəsinə ancaq səfehlər sevinər - Tusk
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Polşanın Baş naziri Donald Tusk Almaniyanın ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının Saksoniya-Anhalt federal torpağında keçirilən seçkilərdə qələbəsinə sevinən həmvətənlərini kəskin tənqid edib.

Hökumət başçısı bununla bağlı bəyanatını "X" sosial şəbəkəsində yayımlayıb.

“Polşada yalnız səfehlər və ya satqınlar Almaniyada AfD-nin zəfərinə sevinə bilər”, – deyə Tusk yazıb.

Onun sözlərinə görə, belə insanlar müxalifətdə olan “Hüquq və Ədalət” partiyasının, eləcə də millətçilər və avroskeptikləri birləşdirən “Konfederasiya” koalisiyasının sıralarında da tapılıb.

Bundan əvvəl AfD Almaniyanın Saksoniya-Anhalt federal torpağının regional parlamentinə keçirilən seçkilərdə böyük üstünlüklə qələbə qazanıb. Bülletenlərin 100 faizinin hesablanmasından sonra müxalifətdə olan sağ siyasi qüvvə səslərin 43,8 faizini əldə edib. Hakim Xristian Demokrat İttifaqı (XDİ) isə seçkini 17,2 faiz səslə başa vurub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti