AİB-in "Bank Respublika"ya verdiyi kreditin ödənilməsi müddəti açıqlanıb

İqtisadiyyat Materials 7 Sentyabr 2026 17:08 (UTC +04:00)
AİB-in "Bank Respublika"ya verdiyi kreditin ödənilməsi müddəti açıqlanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Asiya İnkişaf Bankının (AİB) Azərbaycanın "Bank Respublika" ASC-yə verdiyi kreditin ödənilməsi müddəti açıqlanıb.

AİB-in məlumatına görə, Azərbaycanda qadın sahibkarların və aqrar sektorda fəaliyyət göstərən borcalanların maliyyələşməyə çıxış imkanlarının genişləndirilməsi məqsədilə "Bank Respublika" ASC-yə verilmiş 34 milyon manat məbləğində kredit vəsaiti tam həcmdə ayrılıb. Kredit iki tranşla – 14,5 milyon manat 2026-cı ilin dekabrında, 19,5 milyon manat isə 2027-ci ilin fevralında ödəniləcək.

AİB-in məlumatına əsasən, kredit milli valyutada təqdim edilib və sonradan biznes sahibi olan qadınların, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ticarəti ilə məşğul olan borcalanların kreditləşdirilməsinə yönəldilib.

Layihə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, xüsusilə qadınlara məxsus müəssisələrin və aqrar sektor nümayəndələrinin maliyyələşmə çatışmazlığının azaldılmasına yönəlib.

"Layihə qadınların və aqrar sektorun borcalanlarının maliyyələşməyə çıxış imkanlarının genişləndirilməsini dəstəkləyir", – bankın məlumatında deyilir.

AİB-in məlumatına görə, layihənin inkişaf məqsədlərinə nail olunması üzrə vəziyyət "icra prosesində və plana uyğun" kimi qiymətləndirilir.

Layihə həmçinin qadın sahibkarların və fermerlərin maliyyə inklüzivliyinin artırılmasına, qeyri-neft sektorlarında iqtisadi fəallığın və məşğulluğun dəstəklənməsinə, eləcə də Azərbaycanın regionlarında iqtisadi inkişafın təşviqinə yönəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti