Bakı.Trend:
ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner sentyabrın 5-də Kremldə Rusiya lideri Vladimir Putinlə keçirilən görüşü müsbət qiymətləndirib.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Kuşnerin sözlərinə görə, danışıqlar qarşılıqlı sualların aktiv şəkildə müzakirəsi formatında keçib. O qeyd edib ki, tərəflər onları maraqlandıran məsələləri ətraflı müzakirə ediblər.
“Bu, çox yaxşı dialoq idi. Biz çoxlu suallar verdik. O da ( Vladimir Putin-red) çoxlu suallar verdi”, – deyə Kuşner bildirib.
Putinin Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə görüşü üç saatdan çox davam edib. Danışıqlardan sonra ABŞ nümayəndə heyəti Kiyevə yollanıb və burada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib.
Moskva və Kiyevdə keçirilən danışıqlar Tramp administrasiyasının Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanması üçün mümkün yolların axtarılması istiqamətində davam edən səyləri fonunda baş tutub.
