M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2026 10:46 (UTC +04:00)
M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, metronun "İnşaatçılar”, “Nizami” və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres marşrutda da yenilik tətbiq edilib.

Sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə ekspres avtobuslara ikinci oxuma cihazı (validatorlar) quraşdırılır. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.

Xatırladaq ki, bu təcrübə daha əvvəl M1 nömrəli ekspres marşrutda sınaqdan keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti